26 İyun 2014 13:49
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı, Rusiyanın “Lukoyl” neft şirkətinin sahibi Vahid Ələkbərov Krımdakı yanacaqdoldurma məntəqələrinin satışını başa çatdırıb.


Teleqraf.com Axar.az-a istinadən bildirir ki, bu barədə Ələkbərovun özü “Vedomosti” qəzetinə müsahibəsində deyib.


Ələkbərovun sözlərinə görə, satış Krım rəhbərliyinin müraciətindən sonra həyata keçirildi: “Krımın baş naziri Aksenov xırda və orta biznesin inkişaf etdirilməsi üçün yanacaqdoldurma məntəqələrini satmağımızı xahiş etdi. Və biz bunu etdik Alıcının adını deməyəcəm. O bir nəfərdir”.


“Lukoyl” rəhbəri onu da qeyd etdi ki, Krımdakı çətin vəziyyətlə əlaqədar olaraq yanacaqdoldurma məntəqələri ucuz qiymətlə satılıb.


Müəllif: