28 İyun 2014 11:13
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzun düşmənlə sərhəd kəndində 24 yaşlı kənd sakinini 100-ə yaxın bal arısı sancıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, 1 uşaq anası olan Gültəkin Mustafayeva həyətdə yeşiklərdə olan arıları götürüb digər yerə köçürən zaman yeşik əlindən çıxıb və arılar dağılaraq ona hücum edib.

Gültəkin Mustafayeva dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində müalicə alan zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirirlər.


Müəllif: