1 İyul 2014 14:17
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda inşa olunan Olimpiya stadionunun videosu yayımlanıb.

Teleqraf.com bildirir ki, stadionun görüntüləri YouTube sosial şəbəkəsinə yerləşdirilib.

Videoçarx 2 dəqiqə 38 saniyəlikdir. Orada möhtəşəm stadionun həm xarici, həm də daxili görünüşü əks edilib.

Gecələr isə stadionun divarları üzərində Azərbaycan bayrağı və Olimpiya oyunlarının loqoları əks edilib.

Qeyd edək ki, stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Stadionunun layihələndirilməsi ilə bağlı ilkin işlərə isə 2008-ci ildən başlanıb. İnşasının 2015-ci il fevralın 1-də başa çatdırılması nəzərdə tutulub. Bakı Olimpiya Stadionunun hündürlüyü 60 metrdir. Stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq.

Stadionun ümumi ərazisi 32 hektar olacaq, onun örtülü hissəsi 300 min kv.m ərazidə yerləşəcək. Olimpiya stadionu Bakıda Böyük şor gölü ərazisində inşa edilir.


Müəllif: