2 İyul 2014 17:05
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəy və yaxud da gəlin iştirak etmədən baş tutan toy mərasimi təsəvvür edirsiniz?

Bunu təsəvvür etmək bizə çətin görünə bilər, amma 38 yaşlı Özləm Yet bu ideyanı reallaşdıra bilib.

Teleqraf.com Haberturk.com-a isinadən bildiri ki, kifayət qədər yaşı olmasına baxmayaraq hələ də öz kriteriyalarına uyğun bəy namizəd tapa bilməyən Özləm bu hərəkəti ilə sübut etmək istəyib ki, bəy olmadan da evlənmək mümkündür. Türkiyədə İzmit şəhərində Sabancı texniki və peşə liseyində coğrafiya müəllimi kimi çalışan xanımın bu şad günündə ailəsi, dostları, şagirdləri və onların valideynləri iştirak ediblər. Toy açıq havada, dəniz kənarında baş tutub. Məclis iştirakçılarını salamlamaq üçün tək-tək bütün stollara yaxınlaşan gəlin sonda göz yaşını saxlaya bilməyib. Bu gün rəsmi nigaha girməsə də, bəyin ayağını tapdaya bilməsə də, gəlinlik geyinməyin çoxdankı arzusu olduğunu bildirən Özləm onu bu xoşbəxt günündə tək qoymayan yaxınlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu məclis heç də digər toylardan fərqlənməyib. Bəyin iştirak etmədiyi toyda adət-ənənəyə uyğun olaraq bütün rituallar yerinə yetirilib.


Müəllif: