2 İyul 2014 17:19
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rektorun qəbulundan indi çıxdım. O mənə dövlət imtahanına buraxılacağımı dedi. Təhsilim üçün əvvəl tələb edilən 2 min manatı ödənişin isə ləğv edildiyini bildirdi”.

Teleqraf.com bildirir ki, bu sözləri Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova Odlar Yurdu Universitetinə ödəyə bilmədiyi 2 min manat təhsil haqqına görə dövlət imtahanına buraxılmadığı barədə iki gündür davam edən narahatlığın aradan qaldırıldığını bildirərkən deyib. Onun sözlərinə görə, rektor Əhməd Vəliyev bu gün Adolat Aznaurovanı qəbul edib və problemi yoluna qoyub.

Xatırladaq ki, Əhməd Vəliyev ötən gün “Azxeber.com”a açıqlamasında məsələni onun ABU-dan köçürmə ilə gəldiyini, atasının milli qəhrəman olub-olmamasının heç bir önəm daşımadığını, buna baxmayaraq, problemi araşdırcağını bildirmişdi. /Axar.az/


Müəllif: