3 İyul 2014 10:47
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur müğənnri Farrel Uilyamsın "Happy" mahnısının sədaları altında rəqs edərək bu anları videoya çəkmək və sosial şəbəkələrdə, YouTube-da paylaşmaq artıq dünya miqyasında dəb halını alıb.
Bir neçə iranlı da dəbə uyaraq rəqs edib, videonu paylaşıb.
Teleqraf.com xəbər verir ki, "Happy Iranians" adlı video "#sufinumeerforiran", "#‎freehappyiranians", "#‎mystealthyfreedom", "#PharrellWilliams", "#HappyWeAreFromTehran" heşteqləri ilə yayılandan sonra "rəqqas"lar həbs olunmuşdular.
Həbs Qərbdə qalmaqal yaradıb və Twitter-də bu iranlıların təcili azad olunmasına yönəlmiş "#freehappyiranians" heşteqli kampaniya başlanıb.
Rəqqaslar buraxılıblar, amma klipi çəkən şəxs hələ də həbsdədir. /Milli.Az/

Müəllif: