3 İyul 2014 12:06
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda rəsmən ödənişli müvəqqəti duracaqlardan istifadə edərkən lazım olan məbləği ödəməkdən imtina edən bir neçə avtomobilin sürücüsü barədə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görüləcək.

Bundan sonra belə hallara yol verən sürücülərin əməlləri həm də ictimailəşdiriləcək ki, onlar qınaq obyektinə çevrilsinlər.

Teleqraf.com Trend-ə istinadən bildiri ki, bu haqda Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, paytaxtda rəsmi ödənişli müvəqqəti duracaqlardan istifadə edən bəzi sürücülər həmin ərazi üzrə məsul olan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) işçilərinə qarşı kobudluq nümayiş etdirib və oradakı parkomatlara ödəniş etməyiblər. Hələlik idarəyə 4 avtomobil barədə ölçü götürülməsi ilə bağlı müraciət daxil olub.


Müəllif: