3 İyul 2014 12:42
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri bədbəxt hadisə nəticəsində faciəvi şəkildə ölüb.

Teleqraf.com bildirir ki, hadisə Zaqatalada baş verib.


Belə ki, Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Şəmsəddin Nəriman oğlu İsgəndərovu elektrik cərəyanı vurub. Hadisə hərbi qulluqçuun təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib. Elektrik xəttində yaranan qısaqapanma nəticəsində Şəmsəddin İsgəndərov ağır xəsarət alıb. Aldığı xəsarətdən hərbçi hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/


Müəllif: