3 İyul 2014 13:55

“1968-ci ildə Vyanada qəbul edilmiş beynəlxalq konvensiyada qeyd edilir ki, yollarda hərəkət edən bütün nəqliyyat vasitələrinin səs siqnalları olmalıdır”.

Teleqraf.com bildirir ki, bu haqda Modern.az saytına açıqlamasında yol hərəkatı üzrə ekspert Ərşad Hüseynov deyib. Siqnalların avtomobillərin texniki təchizatının ayrılmaz hissəsi olduğunu vurğulayan Ə. Hüseynov onlardan düzgün istifadənin vacibliyini qeyd edib.

“Nəqliyyat haqqında qanunda da deyilir ki, siqnallardan yalnız 2 halda – yol qəzalarının qarşını almaq və yaşayış məntəqələrindən kənarda sürücülərə onları keçmək istədiyinizi bildirəndə istifadə etmək olar. Bu zaman siz həm işıq, həm də səs siqnalından istifadə edə bilərsiniz. Yaşayış məntəqələrində - şəhər və kəndlərdə siqnallardan istifadə etmək qanunsuz sayılır. Ümumiyyətlə, yol hərəkatını kobud şəkildə pozan yoxdursa, siqnal çalınmamalıdır. Siqnallardan qanunsuz istifadəyə görə 30 manat cərimə nəzərdə tutulur”.

Ekspert qeyd edib ki, siqnallar monofoniq (bir səsli) olmalıdır. “Çoxavazlı səsdən yalnız xüsusi xidmət orqanlarının avtomobilləri - xüsusi mühafizə orqanlarının, FHN-nin, təcili tibbi avtomobillər istifadə edə bilərlər. Digər sürücülər eyni səsli siqnaldan istifadə etməlidirlər. Qanunla qadağan olunmuş siqnallardan istifadə üçün 150 manat cərimə nəzərdə tutulur və siqnallar müsadirə olunur. Həmçinin yol hərəkatı və Nəqliyyat haqqında qanuna görə siqnal 2 saniyədən artıq davam etməməlidir”.


Müəllif: