3 İyul 2014 14:04
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 08:00-da Türkiyənin Sancaqtəpə prospektində insanların gözü qarşısında qadını dəhşətli şəkildə qətlə yetiriblər.

Teleqraf.com bildirir ki, 36 yaşlı Sibel Karakaya yol ilə gedərkən qəfil naməlum bir kişi onun qarşısını kəsib. Kişi qadının boynundan tutub və əlindəki silahla onun ağzına tapança soxub. Daha sonra bir neçə dəfə atəş açaraq qadını güllələyib.

Daha sonra naməlum şəxs maşına minərək hadisə yerindən qaçıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü müəyyənləşdiriblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda həmin şəxsin tapılması istiqamətində əməliyyat aparır. /ANS PRESS/


Müəllif: