3 İyul 2014 14:25

İngiltərənin Nyukasl şəhərinin sakini Stiven Freyzer indi küçəyə çıxmağa utanır.
O, Nikola MorlandAncela İllinquortzu aldadıb, onlardan hər birinə "yalnız səni sevirəm" söyləmişdi.
Qadınlar da Stivenə inanmışdılar. Lakin yaxın rəfiqələr olan bu qadınlar söhbətlərdən birində eyni adamı sevdiklərini, həmin adamın da onların hər birinə ayrı-ayrılıqda "Yalnız səni sevirəm, səninlə evlənəcəyəm" dediyini aydınlaşdırıblar.
Qadınların intiqamı acı olub.
Teleqraf.com bildirir ki, yaxın rəfiqələr Nikola və Ancela böyük plakat sifariş veriblər.
Daha sonra plakat Nyukasl-Qeytshed yolundakı körpüdən asılıb.
Plakatda yazılmışdı: "Stiv Freyzer! Sənin iki rəfiqəyə xəyanətin üzə çıxdı!"
/Milli.Az/

Müəllif: