3 İyul 2014 15:55

İŞİD girov götürdüyü türk sürücüləri sərbəst buraxıb.

Verilən məlumata görə, azad edilən sürücülərin TIR-ları geri qaytarılmayıb. Girov düşən sürücülər azad olunduqdan sonra mətbuata açıqlama veriblər. Sürücülərdən Serdar Bayraq bildirib ki, girovda olduqları zaman İŞİD döyüşçüləri onları düşərgəyə aparıblar.

Digər sürücü Ökkeş Şən isə girov tutulduqları 23 gün ərzində ölüm qorxusu ilə yaşadıqlarını söyləyib. Türk sürücülər bu gün axşam saatlarında Türkiyə sərhədindən keçərək öz vətənlərinə qayıdacaqlar.

Qeyd edək ki, 10 iyunda Mosulda 32 türk İŞİD tərəfindən qaçırılaraq girov götürülmüşdü.

/ans press/


Müəllif: