3 İyul 2014 16:06
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 2014-cü il iyulun 3-də Bakı şəhərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

İmtahanın nəticələri həmin gün – iyulun 3-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

/ans press/


Müəllif: