3 İyul 2014 19:25
875
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada son 28 ildə QİÇS virusundan 150 min nəfər insan ölüb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi Aleksey Mazus bildirib.

Onun sözlərinə görə, hazırda 600 min nəfərdən çox Rusiya vətəndaşı aktiv HİV virusunun daşıyıcısıdır.

Rusiya Federal Xalq Sağlığı Dairəsinin rəqəmlərinə görə, aktiv HİV virusunun daşıyıcılarının sayı 800 min nəfərə yaxındır. Bura əcnəbilər və əmək miqrantları da daxildir.

Rusiya Səhiyyə Nazirliyinin nümayəndəsi HİV virusunun ən çox yayıldığı regionları da açıqlayıb: "Kemerovo, Yekaterinburq, Tümen, Tomsk, Novosibirsk, Samara və İrkutsk ən təhlükəli bölgələrdir. HİV virusu daha çox narkomaniyanın olduğu regionlarda yayılır. Adı çəkilən bölgələrdə də narkomaniya geniş vüsət alıb".

A.Mazus paytaxt Moskvada 47 min nəfər insanın HİV virusunun daşıyıcısı olduğunu söyləyib: "Dünyanın Nyu-York, Vaşinqton və London kimi böyük şəhərləri ilə müqayisədə Moskvada HİV daşıyıcılarının sayı azdır".

/apa/


Müəllif: