3 İyul 2014 21:14

Bu gün Ukraynanın şərqində 40 desantçının həlak olması barədə yayılan informasiya həqiqətə uyğun deyil.

Bu haqda Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

"3 iyulda gününün birinci yarısı üçün hesablama sistemində Ukraynanın Silahlı Qüvvələrindən həlak olan və yaralı hərbi qulluqçuları yoxdur. Bu, yalan informasiyadır və təxribat xarakteri daşıyır", - deyə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Daha əvvəl Rusiya KİV-də bu gün Ukraynanın şərqində 40 desantın həlak olduğu barədə informasiyalar yayılıb.

/ans press/


Müəllif: