4 İyul 2014 10:11
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə start verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun 3 iyul 2014-cü il tarixli 768 nömrəli əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar və şəxslər bu elana əlavə olunan “Göstərişlər”ə uyğun formada layihə təklifləri hazırlamalıdırlar. İştirakçılar hazırladıqları layihə təkliflərini adi poçt və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim edə bilərlər.

Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

/ans press/


Müəllif: