4 İyul 2014 12:56
6 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkovaya qarşı fahişəlik ittihamı ilə bağlı qalmaqal səngiməmiş onun adı növbəti xoşagəlməz insidentdə çəkilib.

Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 3-də gündüz saatlarında balerinanın sevgilisi, azərbaycanlı biznesmen Bəxtiyar Səlimovu ciddi xəstəlik əldən salıb. 45 yaşlı Bəxtiyar Anastasiya ilə növbəti sevgi macərasından sonra kürəyində kəskin ağrılar hiss edib.


Məlumatda qeyd edilir ki, ağrıları o qədər ciddi olub ki, biznesmen nəinki yatıb, hətta yataqdan qalxa belə, bilməyib. Anastasiya deyib ki, hər şey onların restoranda birgə eşq macərası yaşaması zamanı baş verib:


“Biz birgə olanda ayaqlarımızı yuxarı qaldırdıq, ona görə ki, divan çox dar idi. Seksdən başqa heç bir fiziki güclə yüklənməyib. Biz iki dəfə sekslə məşğul olmuşuq. Təcili yardım getsə də, onu hələ ki buraxmırlar”.

Məlumatda qeyd edilir ki, hadisə yerinə iki dəfə təcili yardım gəlib, Bəxtiyar Səlimova iynə vurulsa da, təsirli effekt verməyib. Azərbaycanlı biznesmen uzun müddət yataqda tərpənməz halda uzanıqlı qalıb.

Azərbaycanlı biznesmenin tanınmış balerina ilə tanışlığına gəldikdə, Səlimov bu haqda əvvəllər deyib: “Bizim tanışlığımızın təşəbbüsçüsü dostum olub. Biz Nastiya ilə birgə iştirak etdiyimiz konsert zamanı ona nəvaziş göstərdim. Evli olduğumu gizlətmirəm, həyat yoldaşımın adı Natalya olub. Biz nadir halda bir-birimizlə telefon əlaqəsi saxlayırıq. Hətta onun nə işlə məşğul olduğunu bilmirəm. Bizim Rüstəm adlı 19 yaşlı oğlumuz var. Mən onunla əlaqəni kəsməmişəm, demək olar hər gün ünsiyyətdə oluruq”.

Bəxtiyar Səlimov bizneslə Vladivostokda məşğul olur: “Mənim Vladivostokda böyük evim var. Bizim görüşlərimiz hələ ki Moskvada və Nastyanın qastrollara getdiyi başqa şəhərlərdə, eləcə də mənim biznesimlə bağlı getdiyim yerlərdə - Xabarovskda, Orlda, Kemerovoda baş tutur. 45 yaşımda kimə vurulduğumu yaxşı başa düşürəm”. /modern.az/


Müəllif: