4 İyul 2014 14:03
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinsi azlıqlar yenidən Moskva prospektinə cəm oldular.

Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinlərinin şikayətindən sonra polis cinsi azlıqları həmin ərazidən yığışdırsa da, bu ünvana cinsi azlıqlar yenidən gəliblər. Onlar polisin gözü qarşısında Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər.
Sakinlər bildirdilər ki, onlar ictimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmədiklərindən bu dəfə Prezident Administrasiyasına gedərək şikayət edəcəklər.
Qeyd edək ki, sakinlər bir müddət öncə Prezident Administrasiyasına və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, tabeliklərində olan polis orqanlarına ərazini daimi nəzərətdə saxlaması üçün tapşırıq verilməsini istəmişdilər.
/bizim.yol/

Müəllif: