4 İyul 2014 16:16
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Azərbaycanı tərk etməsi və xarici ölkələrdən birinə sığınması barədə mediadakı yazılara münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, onun iki illik Almaniya vizası var: “Mən 19 aprel 2014-cü ildə ölkədən çıxmışam. Almaniyada olmağımın səbəbi müalicəm və təşkilatımın Avropada nümayəndəliyini açmaq istəməyimlə bağlıdır. İşimlə əlaqədar olaraq gələn həftə Tiflisdə olacam, sonra Bakıya gələcəm, daha sonra yenidən Almaniyaya qayıdacam. Mənim iki illik vizam var. Sığnacaq mənim nəyimə lazımdır?”.

Xalidə


Müəllif: