4 İyul 2014 17:18
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda ölkəyə turist kimi gələn miqrantların işləməsini qadağan edən qanun dəyişikliyini qəbul edib.


Qanun dəyişikliyində nəzərdə tutulub ki, ölkədə olan əcnəbi miqrantların əmək fəaliyyətinə icazə verilə bilər. Bunun üçün əcnəbi miqrantların miqrasiya kartında Rusiya işləmək məqsədilə gəldiyi göstərilməlidir.

Qeyd edək ki, Rusiyada 3-5 milyon əcnəbi miqrant var ki, onların böyük əksəriyyəti “kölgə” sektorunda işləyir. Hər il 600 minə yaxın vizasız olmayan miqrantlar Rusiyada qalma müddəti başa çatsa da bu ölkədə qalır.

/ans press/


Müəllif: