4 İyul 2014 17:33
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovada Rusiyanın “Rossiya 24” telekanalının yayımını qadağan edib.



Alınan məlumata görə, Moldova Teleradio Yayımı üzrə Koordinasiya Şurası qərar çıxarıb.

Şura bəyan edib ki, telekanalda yayımlanan verilişlərdə Ukrayna hadisələri düzgün göstərilmədiyinə görə, kanalın fəaliyyəti dayandırılıb. “Rossiya 24” telekanalının yayımı 1 yanvar 2015-ci ilə qədər qadağan edilib. Moldova Teleradio Yayımı üzrə Koordinasiya Şurası Rusiyanın NTV və “Birinci kanal”ını retransliyasiya edən TV7 və Prime kanallarına xəbərdarlıq edib.

“RTR” və “REN TV” əgər dünyada baş verən hadisələri düzgün işıqlandırmasa, lisenziyası əlindən alınacaq”, deyə Şura bəyan edib.

/ans press/


Müəllif: