4 İyul 2014 19:24
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan İŞİD-ə görə təhlükə qarşısındadır”.

Bu açıqlama ilə rusiyalı politoloq Yerlana Karina çıxış edib.

O, Qazaxıstanda artıq bu radikal təşkilatın öz təməlini atdığını söyləyib:

“Baxın, bu təşkilat xilafət ərazilərini “Allahın torpaqları” adlandırır. Həmçinin “xəlifə” bütün müsəlmanların ona itaət etməsini tələb edir. Yəni onlar üçün millət fərqi yoxdur. Özləri üçün xüsusi ayrılmış torpaqlarda yalnız özlərinin hakimiyyətinin bütövlüyünə inanırlar. Bu təşkilat ümumiyyətlə, indiyə qədər olan bütün islam təşkilatlarından öz ciddi təşkilatlanması və qeyri-standart addımları ilə fərqlənir. Onların hədəfində Qazaxıstan da var. Artıq burada öz təməllərini də atıblar. Təəssüf ki, qazaxıstanlılar onların sıraların çox qoşulurlar”.

/axar.az/


Müəllif: