4 İyul 2014 19:53
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq Şam İslam Dövləti" təşkilatına qarşı ABŞ hərbi təyyarələrindən istifadə etmək istəyən İraq Baş naziri Nuri əl-Malikinin bu arzusu ürəyində qalıb.

36 ədəd İraqa F-16 təyyarəsini göndərməyi planlaşdıran Vaşinqton lazımı təhlükəsizliyin təmin edilmədiyi səbəbiylə bu qərarından imtina edib.


Bağdad rəhbərliyi 36 ədəd F-16 təyyarəsinə görə ABŞ-a 4.2 milyard dollar ödəniş etmişdi. Ancaq ABŞ-ın bu qərarından imtina etməsinə reaksiya göstərən Maliki İŞİD-ə qarşı təcili addımlar atmaq üçün Rusiyadan "Sukhoi" hərbi təyyarələrini almışdı.

/axar.az/


Müəllif: