5 İyul 2014 11:19
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri hərbçi yoldaşını bıçaqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Seymur Hüseynov aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı Habil Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı əsgər hospitala yerləşdirilib. Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

/apa/


Müəllif: