5 İyul 2014 13:27
474

Səudiyyə Ərəbistanının cənubunda iki terrorçu-kamikadze özünü partladıb.

Hadisə Yəmənlə sərhəddə yerləşən Şərurə şəhərində baş verib.

Silahlı qrup şəhər yaxınlığındakı Yəmən sərhəd postuna hücum edib. Atışmadan sonra təqibdən qaçan iki silahlı şəhərdəki inzibati binalardan birində gizlənib. Burada təhlükəsizlik qüvvələri onları əhatəyə alıblar. Bundan sonra silahlılar partlayıcı qurğunu işə salıblar.

Yəmənlə sərhədə bu gün təşkil edilən hücumda altı silahlı və Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin iki əməkdaşı ölüb.

Yerli hökumətin məlumatına əsasən, hadisə ilə bağlı məsuliyyəti “əl-Qaidə” terror təşkilatının fəalları üzərilərinə götürüblər.

/salamnews/


Müəllif: