5 İyul 2014 14:28
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı Azərbaycansız Avrasiya İttifaqına qəbul etməyəcəklər.

Bu açıqlama ilə erməni politoloqu Manvel Sərkisyan çıxış edib.

O, Azərbaycanın Avrasiya İttifaqına qəbul olacağını, Ermənistanın isə hələ bir müddət də gözləyəcəyini deyib:

“Ermənistanın Avrasiya İttifaqı üzvlüyü zamanı yaranmış problemləri Qazaxıstan prezidenti Azərbaycanla əlaqələndirdi. Amma o biri problemlər haqqında heç bir şey deyilmədi. Biz görürük ki, Ermənistan hakimiyyəti belə, ölkənin Avrasiya İttifaqına üzvlüyü ilə bağlı yaradılmış problemlərdən xəbərsizdir. Bu bir az qəribə deyilmi? Moskva üçün Azərbaycanın Avrasiya İttifaqına girməyi Ermənistandan daha vacibdir. Digər bir problem isə ondan ibarətdir ki, Qazaxıstan və Belarusiya Moskvanın Ukrayna ilə bağlı fikirlərilə şərik deyillər”.

/axar.az/


Müəllif: