5 İyul 2014 14:39
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Nazirlər Kabineti (NK) “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nı təsdiq edib.


Qaydalara nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materiallara dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları daxildir.

Nəzarət markasının üzərində “NƏZARƏT MARKASI” sözləri, nəzarət markasını verən orqanın adı və nəzarət markasının nömrəsini bildirən hərf-rəqəm kodu əks olunmalıdır.

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında qeyd edilənlərə əlavə olaraq nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod), nüsxənin seriyasını bildirən işarə və əsərin, əlaqəli hüquqlar obyektinin adı göstərilməlidir.

Adıçəkilən məhsulların nüsxələrinə yapışdırılan nəzarət markasında onun növünü bildirən xüsusi seriyalar - audiovizual əsərlər üçün – “A”, fonoqramlar üçün – “F”, kompüter proqramları üçün – “P”, məlumat topluları üçün – “M”, kitablar üçün – “K” göstərilir.

Bu məhsulların nüsxələrinə yapışdırılan nəzarət markasının üzərindəki seriyanı bildirən işarələrin və nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kodların rəngləri nüsxələrin növündən asılı olaraq audiovizual əsər üçün qırmızı, fonoqram üçün tünd-sarı, kompüter proqramı üçün açıq-mavi, məlumat toplusu üçün bənövşəyi, kitablar üçün gümüşü olur.

Qeyd edək ki, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.

/ans press/

Müəllif: