5 İyul 2014 15:05
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında Türkiyənin Aydın vilayətində dəhşətli hadisə baş verib .

Arvadı ilə dalaşan kişi acığını bütün məhəllədən çıxmaq qərarına gəlib.

Belə ki, Hülusi A. adlı bir nəfər arvadı ilə dalaşıb. Sonra isə Bozdoğan məhəlləsinin içməli su anbarına zəhərləyib. Nəticədə məhəllədə bir neçə nəfər zəhərləndiyi bildirilir.

Bununla da kifayətlənmyən Hülusi A. arvadı Nursel A.-nı küçədə, hər kəsin gözü qarşısında güllələyib. Qəzəbini boğa bilməyən Hülusi A. qızına da atəş açıb. Xoşbəxtlikdən qız güllədən yayına bilib. Daha sonra dəli kimi qışqırmağa başlayıb.

“Məhəllənin içməli suyunu zəhərlədim. Hamınızı gəb ərdəcəyəm”, - deyə insanalar qışqırıb.

Qonşuların çağırdığı polis Hülusi A.-nı sakitləşdirə bilməyib. Hülusi A. polisə atəş açmağa başlayıb. Bir müddət hüquq-mühafizə orqanları ilə atışandan sonra onu yaralayıblar.

Hər iki yaralı və zəhərlənən şəxslər xəstəxanaya çatdırılıb. Polis hadisəni araşdırır.

/ans press/


Müəllif: