7 İyul 2014 00:04
920
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyanın baş naziri Devid Kemeron və Londonun meri Boris Consonarasındakı tennis partiyası hərracda 270 min dollara satılıb.
Alıcı rusiyalı bankir Lyubov Çernuxinadır.
Milli.Az The Guardian-a istinadən bildirir ki, Rusiyanın sabiq maliyyə naziriVladimir Çernuxinin arvadı L.Çernuxina lotu Britaniya Mühafizəkarlar Partiyasına dəstək məqsədilə keçirilmiş hərracda alıb.
Matçın keçirilməsi ilə bağlı təfərrüatlar bəlli deyil.
Kemeron və Consona qarşı oyunda L.Çernuxinanın tərəfdaşının kim olacağı bəlli deyil.
Hərracın təşkilatçıları partiyanın ehtiyacları üçün təxminən 857 min dollar toplayıblar.
Bu olay qalmaqal yaradıb. D.Kemierondan "torilər"in rusiyalılar tərəfindən maliyyələşdirilməsi ilə bağlı izahat tələb olunub.
/milli.az/

Müəllif: