7 İyul 2014 10:40
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün bütün öhdəliklərimizi tamamilə yerinə yetirmişik".



Ermənistanın baş naziri Ovik Abramyan belə deyərək vətəndaşlarını sakitləşdirməyə çalışıb.

Axı son zamanlar bir çox yerli politoloqlar və ekspertlər deyirlər ki, Ermənistanın yeni birliyə daxil olması sual altındadır. Ola bilər ki, ümumiyyətlə bu baş tutmasın.

Ermənistan hökumətinin rəhbəri proqnozlaşdırır ki, bu xoş hadisə bu ilin sonuna kimi baş tutacaq.

Lakin O. Abramyan ölkəsinin bu birliyə işğal etdiyi Dağlıq Qarabağ və ya onsuz daxil olub olmayacağı haqqında heç nə deməyib.

Axı məhz Azərbaycan torpaqları mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin geniştərkibli iclasında Ermənistanın yolunu kəsib.

Buna görə də, Ermənistanın birliyə daxil olub-olmayacağı məsələsi hələ açıq qalır.

/ans press/


Müəllif: