7 İyul 2014 11:12
382

Gənc şair Aqşin Yeniseyin vəziyyəti xeyli yaxşılaşıb

Bu haqda Gömrük hospitalında müalicə olunan şairin özü deyib:

“Gördüyünüz kimi, səhhətimdə xeyli irəliləyiş var. Analizlərin cavabı sevindiricidir. Həkimim dedi ki, qaraciyərim xəstəliyimlə əlaqədar olaraq 8 sm sallanıb. Hazırda norma bərpa olunur. Ciyərim öz yerinə qayıdır, funksiyalarını yerinə yetirməyə başlayır. Həkimlərin dediyinə görə, 3-4 günə tam sağlam vəziyyətdə evə buraxılacam”.

Qeyd edək ki, may ayının 23-də şair A.Yeniseyin səhhəti qəflətən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Gənc şair qaraciyər sirrozu və sarılıq xəstəliyindən əziyyət çəkir.

/axar.az/


Müəllif: