7 İyul 2014 11:15
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Siyəzəndəki yanğınla bağlı rəsmi məlumat yayıb.



Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları yanıb.

Yanğın nəticəsində ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb. Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

/ans press/


Müəllif: