7 İyul 2014 11:20
605

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın ən hündür binası sayılan "Burj Khalifa" var. Amma bundan belə Dubay dünyada ilk süni şəhərin məkanı kimi tanına bilər.

Dubayda dünyanın ən böyük ticarət kompleksi inşa olunacaq.
Kompleksdə nəhəng tematik park, ümumi uzunluğu 10 km-ə çatacaq küçələr, apartamentlər və 100 otel olacaq.
Ümumi sahəsi 48 milyon kvadrat metr təşkil edəcək, şüşə ilə örtüləcək bu süni şəhərin havası kondisionerlər vasitəsilə tənzimlənəcək.
Dubayın əmiri, BƏƏ-nin vitse-prezidenti şeyx Məhəmməd bin Rəşid əl Məktum layihə ilə tanış olaraq onu təsdiqləyib.
Şeyxin dediyinə görə, Dubayın gəlirlərinin əsas hissəsini bundan belə turizm təşkil edəcək.
"İlboyu sərin temperatura malik bu şəhər vasitəsilə Dubaya daha çox turist cəlb etmək niyyətindəyik", - Dubay əmiri deyib.
/milli.az/

Müəllif: