7 İyul 2014 12:26
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Ən-Nusra cəbhəsinin tərkibində Bəşər Əsədə qarşı döyüşən azərbaycanlı Tükiyədəki vasitəçilərlə açıqlama verib.


Əbu-Bəkr əl Azəri ləqəbli azərbaycanlı Suriyaya necə getdiyini, orda döyüşməsinin səbəbləri barədə danışıb.


“Bizi Azərbaycanda çox tənqid edirlər, lakin bura gəlməyimiz səbəbsiz deyil. Səbəbi əvvəlcə Azərbaycanda axtarmaq lazımdır. Bizə təzyiq edirdilər, camaatın özü qəbul etmirdi. Media vəhhabi damğası ilə üstümüzə çox gəlirdi. Polis saqqalımızı kəsirdi. Buna görə də Suriyaya getmək qərarına gəldik”, - deyə o, Suriya döyüşünə qatılmasının səbəbini belə izah edib.


Əsl adını açıqlamayan azərbaycanlı mücahid özü haqqında informasiya verməkdən imtina edib: “Mənim kim olduğum, yaxud Azərbaycanda vaxtilə nə iş gördüyümün nə fərqi var. Mən Allah yolunda döyüşürəm və burda kimsə mənim dinimə qarışmır. Mənimlə birgə burda digər azərbaycanlı qardaşlarımız da var. Biz Allahın dini uğrunda vuruşuruq, bizi tənqid edə bilərlər, təhqir edə bilərlər, amma bizim yolumuz doğru yoldur. Bizim burdan sadəcə bir istəyimiz var ki, ölkəmizdə qardaşlarımıza bir az azadlıq verilsin, heç kim barmaqla göstərməsin. Çox şeymi istəyirik?”


Əbu-Bəkr əl Azəri Suriyaya 1 il 5 ay öncə Türkiyə vasitəsilə getdiyini deyib. Bildirib ki, ailəsi də Suriyada olduğunu bilir: “Bu açıqlamanı verməkdə məqsədim bizim haqqımızda Azərbaycandakı yanlış informasiyaların doğru olmadığını aydınlaşdırmaqdır”.


“Geri qayıtmaq fikriniz varmı?” sualına azərbaycanlı mücahid “belə bir fikrim yoxdur, bura çoxları geri qayıtmamaq üçün gəlib” deyə cavab verib.


“Biz bir gün yaranacaq həqiqi islam dövləti üçün vuruşuruq, o dövlət ki, orda heç kim heç kimi təhqir etməyəcək və hər şey Allahın qanunları ilə idarə olunacaq”, - deyə azərbaycanlı mücahid son olaraq qeyd edib.

/publika.az/


Müəllif: