7 İyul 2014 12:30
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftəsonu paytaxt çimərliklərində 3 nəfərin boğulması ilə bağlı təcili yardıma müraciət edilib.

Onlardan ikisi kişi, biri qadındır. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Operativ işlər üzrə şöbənin böyük həkimi Zemfira Vahidova məlumat verib.

“2 nəfər 28, 64 yaşlı kişi iyulun 5-də Hövsan çimərliyində boğulub. Onlar 3 saylı və Mərdəkan rayon 26 saylı Birləşmiş xəstəxansına çatdırılıb. Bir nəfər 30 yaşlı qadın iyulun 6-da Şıxov çimərliyində boğulub. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər üç nəfərin həyatı xilas edilib.

Ümumilikdə, mövsüm başlayandan 18 nəfər suda boğulub, onlardan 17-si kişi, 1-i qadındır. 6 nəfər xəstəxanaya aparılıb, 1 nəfərə yerindəcə yardım göstərilib, 11 nəfər isə ölüb. Ölənlərin 3-ü uşaqdır, onlardan biri 12, digəri 16 yaşında olub. Mövsüm başlayandan 5 nəfər uşaq suda boğulub, onlardan 2-nin həyatını xilas etmək mümkün olub”

Z.Vahidovanın məlumatına görə, həftəsonu 3 nəfər günvurma ilə müraciət edib. Onlardan biri 13 yaşlı oğlan, digərləri 20-30 yaşlı kişi olub.

Ümumilikdə mövsüm başlayandan 15 nəfər günvurma ilə müraciət edib. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yardım göstərilənlər arasında 16-17 yaşlı uşaqlar da var. Z.Vahidovanın sözlərinə görə, müraciətlər həm küçədən, həm çimərliklərdən, həm də axşam saatlarında evdən olur. Müraciət edənlər əsasən, günün isti saatlarında baş örtüyü olmadan açıq havada qalanlardır.

/publika.az/


Müəllif: