7 İyul 2014 14:56
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamda keçirilən paraşüt təlimləri zamanı hərbi vertolyot qəzaya uğrayıb.

Paytaxt Hanoy yaxınlığında baş verən qəza nəticəsində 16 nəfər həlak olub, 5 nəfər isə ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rusiya istehsalı olan “Mi-171” vertolyotu havaya qalxdıqdan 15 dəqiqə sonra Hanoyun qərbində yerləşən kiçik bir kənddə yerə çırpılıb. Vyetnam Müdafiə Nazirliyindən bildirilib ki, bu təxribat deyil və vertolyot texniki problem səbəbindən qəzaya uğrayıb.

/apa/


Müəllif: