7 İyul 2014 15:42
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.

Müraciət Rusiyada həbsdə olan Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlıdır: “Müraciətimdə qeyd etmişəm ki, Orxan Zeynalovun işi nəzarətə götürülsün və ona qarşı ayrı-seçkilik etməsin. Müraciətdə Azərbaycanla Rusiyanın yaxın qonşu olmasını və əlaqələrimizin yaxşı olduğunu vurğulamışam”.

Qeyd edək ki, O.Zeynalov Rusiyada qətldə təqsirləndirilir. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi gedir.

/apa/


Müəllif: