7 İyul 2014 17:39

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş qərargah rəisinin köməkçisi general Məsud Cezairi bölgədə baş verən hadisələrdə ABŞ-ı qınayıb.

İraqda hökumət və iraqlılara qarşı təkfirçi-BƏƏS üzvlərinin apardığı hərbi əməliyyatlara toxunan general əmrin ABŞ tərəfindən verildiyini bildirib.

Cezairi terroristlərin bölgədə ABŞ-ın planlarını gerçəkləşdirdiyini deyərək, bölgədə yeni cəbhə açılmağına icazə verilməyəcəyini bildirib: ”Biz düşmənə qırmızı xətti keçməyə icazə verməyəcəyik. Heç kimə sirr deyil ki, terrorçuların havadarı sionist ABŞ qüvvələridir. Onların məqsədi Fələstini unutdurmaq və özlərinin məkrli siyasətlərini burada tətbiq etməkdir”.

/axar.az/


Müəllif: