7 İyul 2014 17:46
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı keşiş Aleksandr Şumskiy Braziliyada keçirilən dünya çempionatını və müasir futbolu bütövlükdə tənqid edib.

Keşiş Aleksandr Şumskiy bildirib ki, Braziliyada keçirilən futbol bəşəriyyətin əxlaqi-ənənəvi dəyərlərini əks etdirir:

“Tribunalarda oyunçulara dəstək olan, qışqıran insanlara, təlxək kimi geyinmiş tamaşaçılara baxın. Futbolçular çəhrayı, sarı və yaşıl idman ayaqqabıları ilə diqqəti cəlb edir. Bu isə geylərin göy qurşağını təmsil edir. Əsl kişinin oynamalı olduğu qara idman ayaqqabısında bir nəfər də yoxdur.

Qeyri-adi saç düzümlü futbolçulara bir baxın. İrokez saç düzümlü, ayağında çəhrayı idman ayaqqabısı olan qara dərili futbolçunu təsəvvür edin. İyrənc mənzərədir. Kişiyə çəhrayı və ya mavi idman ayaqqabıları geyindirmək, qadın alt paltarları geyinmək kimi bir şeydir”.

/publika.az/


Müəllif: