7 İyul 2014 18:55
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda Nazirlər Kabinetinin qərarı ilə dizel yanacağının pərakəndə qiymətləri artıb.

Bazar ertəsi dərc olunan qərara əsasən, dizel yanacağının bir litrinin pərakəndə qiyməti 11,7 faiz artaraq 1,91 min sum, EKO dizel yanacağının bir litrinin qiyməti isə 11,5 faiz artaraq 1,99 min sum olub.

Hökumətin qərarı ilə "Uzneftprodukt" Səhmdar Şirkəti və onun regional müəssisələri, eləcə də yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışını həyata keçirən təsərrüfat subyektlərinə tapşırılıb ki, YDM-lərdəki dizel yanacağının qalıqlarının yenidən qiymətləndirilməsini həyata keçirsinlər. Təkrar qiymətləndirilən məbləğ tamamilə dövlət büdcəsinin gəlirinə daxil edilir.

Bir litr dizel yanacağının 1,71 min sum və EKO dizel yanacağının bir litrinin 1,785 min sum həcmində olan məbləği Özbəkistanda 2014-cü il yanvarın 9-da müəyyən edilmişdi.

Qeyd edək ki, Özbəkistanda yük nəqliyyatının böyük hissəsi və sərnişin nəqliyyatının bir hissəsi, eləcə də "Mercedes-Benz Conecto Low Floor" avtobusları dizel yanacağı ilə çalışır. Hazırda Daşkənddə mindən artıq "Mercedes-Benz" avtobusu istismar olunur.

/trend/


Müəllif: