8 İyul 2014 10:52
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç ölkədə yeni şəxsiyyət vəsiqələrinin hazırlandığını və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.

Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, yeni şəxsiyyət vəsiqələri əvvəlkilərdən öz fərqli dizaynı ilə seçiləcəklər. Bununla yanaşı, yeni şəxsiyyət vəsiqələrində vətəndaşın dini mənsubiyyətini əks etdirən qrafanın olmayacağı bildirilir.

Digər fərqləndirici xüsusiyyətlərdən biri isə yeni şəxsiyyət vəsiqələrində vətəndaşın pasport, sürücülük vəsiqəsi və bank hesabları haqqında məlumat daşıyan mikro çipin olmasıdır.

Yeni şəxsiyyət vəsiqələrinin nə zaman istifadəyə veriləcəyi barədə məlumat verilmir.

/trend/


Müəllif: