8 İyul 2014 11:36
526

İraq, Suriya və Livanda qətliamlar törədən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri, özünü xəlifə elan edən Əbu Bəkir Bağdadinin 2005-2009-cü ilərdə ABŞ-ın düşərgəsində məhkumluq çəkdiyi məlum olub.

“CNN Türk”ə istinadən xəbər verilir ki, ABŞ Dövlət Katibi məsələ ilə bağlı sualları cavablandırmaqdan çəkinib. Lakin Amerika mətbuatında gedən xəbərlərə görə, Bağdadi 5 il Bukka düşərgəsində (İraqdakı bir həbsxana – red.) həbsdə olub.

FTB-nin başına 10 milyon dollar qoyduğu İŞİD lideri Əbu Bəkir Bağdadinin xüsusi axtarışda olanlar siyahısındakı fotosunun həbsdə olduğu zaman çəkildiyi bildirilib.

Bağdadinin hansı cinayətlərə görə 4 il müddətində həbsdə olduğu və niyə azad edildiyi məlum deyil. Ancaq FTB sənədlərində onun 42 yaşında olduğu və İraqın Dəclə sahilindəki Samirə şəhərində İbrahim Əli Bədri kimi dünyaya gəldiyi bildirilib.

/publika.az/


Müəllif: