8 İyul 2014 11:40
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması üçün profilaktik tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı sorğusunu bildirib ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti istilik və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta saatlarında istirahət verilir.

Eyni zamanda, profilaktik tədbirlər çərçivəsində döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalıdır.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən istilik və günvurmanın profilaktikası, onların əlamətləri və tibbi yardımın göstərilməsi haqqında şəxsi heyətlə metodik məşğələlər keçirilib və sanitariya maarifləndirməsi işi təşkil olunub.

Qeyd edək ki, havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, may ayından hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

/trend/


Müəllif: