8 İyul 2014 12:01
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda tragikomik hadisə baş verib.



Karaçi şəhərində məscidlərdən birində törədiləcək terror aktının qarşısı təsadüf nəticəsində alınıb.

Terrorçular çantada olan bombanı məscidin həyətində divarın dibinə qoyub uzaqlaşıblar. Bombaya birləşdirilmiş mobil telefon isə yaxınlıqda skamyalardan birinin üstünə qoyulub.

Bomba həmin mobil telefona gələn zəngdən sonra partlamalı idi. Lakin məscidə gələn oğrular həyətdə bombaya birləşdirilmiş telefonu oğrulayaraq ərazidən uzaqlaşıblar. Məsafə artdığına görə bomba ilə mobil telefon arasındakı əlaqə itib və nəticədə partlayış baş verməyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları bombanı zərərsizləşdirib.

/ans press/

Müəllif: