8 İyul 2014 12:46
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə separatçılar İkinci Dünya müharibəsi dövrünə aid olan T-54 tankını muzeydən çıxarıblar.

Separatçılar zavodların birində tanka yeni mühərrik qoyacaqlarını deyiblər. Həmçinin tankın lüləsi dəyişdiriləcək. Maşın döyüş vəziyyətinə gətirildikdən sonra separatçılar ondan partizan müharibəsində istifadə edəcəklər.

İki gün əvvəl isə analoji hadisə Luqanskda baş verib. Orada separatçılar muzeydən T-34 tankını oğurlayıblar.

/publika.az/


Müəllif: