8 İyul 2014 15:39
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Airbus Defence and Space" şirkəti "Azərkosmos" ASC ilə birgə buraxılan SPOT-7 peykindən alınan ilk çəkilişləri dərc edib.

Çəkilişlər peykin orbitə buraxıldığı andan üç gün sonra alınıb. Həmin təsvirlər "Spot 7" peykinin potensialını göstərərək təbii ehtiyatların əks etdirilməsi, şəhər zonalarının kartoqrafiyası və aqroekoloji monitorinq baxımından Yer səthinin müxtəlifliyini nümayiş etdirir.

Şəkillərdə Azərbaycan, Fransa, ABŞ, Avstraliya, Səudiyyə Ərəbistanı, Tanzaniya və digər ölkələrin əraziləri əks olunub.

Hazırda "Azərkosmos" ASC ilə peykin məlumatlarının idarə edilməsinin ötürülməsi haqqında danışıqlar gedir.

/trend/


Müəllif: