8 İyul 2014 16:23
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Esenyurt rayonunda yerləşən "Məhəmmədiyyə" şiə məscidinə hücum edilib.

"Sabah" qəzetinə istinadən xəbər verilir ki, bu gün səhər tezdən məscidə "Molotov kokteyli" atılıb ki, bu da yanğına səbəb olub.

Qəzet İstanbul polisinə istinadən xəbər verir ki, ötən həftə bir nəfər dini fikir ayrılığı zəminində məscidin imamını hədələmişdi.

Faktla bağlı cinayət işi açılıb.


Müəllif: