8 İyul 2014 17:47
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sünni və şiələrin qarşıdurması üçün genişmiqyaslı hazırlıqlar gedir”.

Bunu Şimali Osetiyanın müftisi Hacımurat Qaçalov deyib.

O, Amerikanın ikiüzlü siyasət yürütdüyünü bildirib:

“Amerikalılar üçün onlardan kimi dəstəkləməsinin heç bir fərqi yoxdur. Onlar ikiüzlü siyasət yürüdürlər. Əvvəlcə onlar İranla müharibədə İraqı dəstəkləyirdilər, sonra isə İraqı bombaladılar. İndi isə xaos şəraiti yaratmaq üçün İranı dəstəkləyir. Amerikalıların növbəti ikiüzlülüyü Suriyada da özünü göstərdi. Burada əsas məqsədləri Suriyanı məhv eləməklə Türkiyə və İranı toqquşdurmaq idi. Onların bu vəzifəsi unudulmayıb və düşünürəm ki, İraqda qərara alınacaq. ABŞ-ın əsas istəyi regionda genişmiqyaslı müharibə şərait yaratmaqdır. Münaqişənin həlli strategiyasının tam dəyişilməsi nəticəsində böyük müharibədən yayınmaq olar. Lakin ABŞ bütün gücü ilə bu müharibəni alışdırmağa çalışacaq. Ümid Rusiyaya qalır. Əgər o özünü göstərə bilsə, bu, hadisənin gedişatını tamam dəyişdirəcək”.

/publika.az/


Müəllif: