8 İyul 2014 21:20
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya ordusu tərəfindən Karenoa bölgəsində Boko Haramın qırx dörd üzvü öldürülüb.

Bu haqda Nigeriya ordusunun sözçüsü Kris Olukoladenin verdiyi açıqlamaya istinadən xəbər verir.

Kris bildirib ki, Jiqaja əyalətində yerləşən və daha çox hücum məqsədilə istifadə olunan Balmo və Sambisa meşələrində aparılan əməliyyatlar zamanı terrorçuların kökü kəsilib.

Xatırladaq ki, bir müddət bundan öncə Borno əyalətində “Boko Haram”ın əlliyə yaxın üzvü öldürülmüşdü

/axar.az/


Müəllif: