9 İyul 2014 10:06
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

LED flaş dəstəkli 5MP ön kameraya sahib Xperia C3-ü tez-tez “selfie” çəkənlər əllərindən düşürməyəcək.



Sony qısa müddət əvvəl “selfie” çəkiliş xüsusiyyətiylə ön plana çıxan ağıllı telefon Xperia C3'ü göstərdi.

Ön qisimdə LED flaş dəstəkli 5MP kamerasıyla diqqət çəkən Xperia C3'te 5.5-düym böyüklüyündə HD keyfiyyətli IPS ekran, 1.2GHz 'də çalışan dörd nüvəli Snapdragon 400 prosessor, Android 4.4.2 KitKat əməliyyat sistemi, 8MP arxa kamera, 1GB RAM, 8GB daxili saxlama, yaddaş kart dəstəyi və 2.500mAh tutumlu batareya önə çıxan xüsusiyyətlər oldu.

Avqust ayında artıq rəflərdə olacaq “selfie” ağıllı telefonu Xperia C3'ün yayılan yeni şəkillərində interfeysə yer verilir. Xperia C3'ün ön kamerasıyla 5, 3,2 (4:3) və 2MP (16:9) formatlarında selfie fotoşəkillər çəkilə biləcək. Xperia C3'ün ayrıca 2 SIM kartlı versiyası da var. Bu model yalnız Çin və bəzi Asiya ölkələri üçün nəzərdə tutulub.

/ans press/


Müəllif: